Dreq kvin

RuPaul, Amerikalı drag-queen, aktyor və musiqiçi

Dreq kvin (ing. Drag queen) – əyləncə məqsədləri üçün qadın kimi geyinmək və gender rolunu təqlid etmək və bunu daha da şişirtmək üçün dreq geyimindən və makiyajdan istifadə edən bir şəxsdir, adətən kişidir. Tarixən drag-queenlər gey mədəniyyətinin bir hissəsi olublar.

Dreq şoularina dodaq sinxronizasiyası(sinxrobuffonada), canlı oxuma və rəqs daxildir. Onlar adətən LGBT qürur paradlarında, dreq yarışmalarında, karnavallarda və gecə klublarında çıxış edirlər. Dreq kvinlər növü, mədəniyyəti və fədakarlığına görə fərqlənirlər. Kişi kimi geyinib və kişiləri təqlid edərək əyləndirən qadınlara isə dreq kinq (ing. drag king) deyilir.

Ara-sıra dreq obrazlarında çıxış edənlər LGBT icmasına aid olmaya bilərlər. Yaradıcılığının bir hissəsində əks cinsi parodiya edən hər kəs drag queen və ya drag king deyil.

Drag termininin mənşəyi qeyri-müəyyəndir.[1] Qadın geyimi geyinmiş aktyorlara münasibətdə drag terminindən istifadənin ilk qeydə alınması 1870-ci ilə aiddir.[2]

1971-ci ildə Li Brister ing. Drag Queens jurnalındakı bir məqalədə drag-queen hiperfemin, parlaq və döyüşkən olan "homoseksual travesti " kimi təsvir edilir.[3]

Çox zaman drag queen obrazında kişilər çıxış ediblər, lakin müasir dövrdə tamcinstrans qadınlar, eləcə də qeyri-binar insanlar da drag queen kimi çıxış edirlər.[4] 2018-ci ildə Psychology Today drag-queenlərin daha çox homoseksual kişilər (baxmayaraq ki, müxtəlif cinsi oriyentasiyalara malik çoxlu drag-queenlər var) olduğunu ifadə etdi.[5]

Drag queenlərə bəzən travestilər deyilir, baxmayaraq ki, bu termin bir çox başqa mənalara da malikdir.[6] Bu gün drag queen dünyasında transseksual drag queenlərin həqiqətən "drag queen" hesab edilib-edilməməsi ilə bağlı mübahisələr davam edir. Bəziləri iddia edirlər ki, drag queen qadını təsvir edən kişi kimi müəyyən edildiyi üçün transgender qadınlar drag queen ola bilməz.[7]

  1. "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
  2. "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
  3. https://archive.org/details/drag11unse/page/10/mode/2up
  4. "Arxivlənmiş surət". 2018-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
  5. "Arxivlənmiş surət". 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
  6. "Arxivlənmiş surət". 2017-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
  7. "Arxivlənmiş surət". 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search